
Bu kitab Seyyid Əli Əkbər Ocaqnejadın “Aşura dərsləri” mövzusunda söylədiyi moizələr əsasında hazırlanmışdır. Kitabda İslam Peyğəmbərinin (s) nəvəsi İmam Hüseynin (ə) Kərbəla hadisəsi geniş şəkildə təhlil olunur. Kərbəla dövrünün tarixi şəxsiyyətlərinin müsbət və mənfi obrazları vasitəsilə insani dəyərlər və əxlaqi prinsiplər işıqlandırılır. Həmçinin İmam Hüseynə (ə) və onunla birlikdə şəhid olanlara əzadarlıq etməyin fəlsəfəsindən bəhs edilir.
