
Kitab Aşura qiyamının mahiyətinə və mənasına həsr olunub. Əli oğlu Hüseynin (ə) az sayda köməkçisi ilə zülmkar hakimiyyətə qarşı qiyam etməsi, zalımlarla sazişə getməkdən imtina edərək Kərbəlanı özünün və yaxınlarının qətlgahı seçməsi diqqət mərkəzindədir. Əsərdə bu qiyam haqsevərlərə ucaldılmış izzət və zillətə boyun əyməmək çağırışı kimi təqdim olunur.
