
Rza Əliyevin bu kitabçası “Səhabələri tanıyaq” silsiləsinə daxildir və Əbu Hureyrənin kimliyi məsələsinə həsr olunub. Kitabça elmi-tarixi məlumatları təqdim etməklə yanaşı, oxucunu düşünməyə və həqiqətləri olduğu kimi görməyə çağıran çoxsaylı suallar ətrafında qurulub. Əsərdə bütün səhabələri ədalətli hesab edən bəzi müsəlman alimlərinin səhabələr barədə sual verməyə qoyduğu məhdudiyyət müzakirə olunur. Müəllif bu qadağanın nə dini, nə də əqli əsası olduğunu düşünür və Qurani-Kərimin xəbərinə istinad ediləcək şəxsin kimliyi şübhəli olduqda onu araşdırmağa çağırdığını vurğulayır.
