
Mərvan Xəlifatın bu araşdırması sələfilərin öz mövqelərini əsaslandırmaq üçün tez-tez istinad etdikləri hədislərə və dəlillərə həsr olunub. Əsərdə səhabələrin fəzilətinə dair uydurulan hədislər və səhabələrin çıxardığı bidətlər mövzusuna toxunulur. Müəllif belə suallar qaldırır: sələfilərin daima əsaslandıqları dəlillər hansılardır, onlar obyektiv elmi tənqid baxımından necə qiymətləndirilir və bu dəlillər müsəlmanların sələfilərə tabe olmasını gərəkdirəcək qədər düzgündürmü.
