
Bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlar əsasında hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılır, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilir. Əsərdə Aşuranın mahiyyəti, onun ictimai-siyasi, mənəvi və fikri baxımdan göstərdiyi dərin təsirlər izah olunur. Kitab Azərbaycan dilinə tərcümə edilmişdir.
