
Kitabda mədəni hücum və mədəni-ideoloji hücum anlayışları Ayətullah Xameneinin çıxışları əsasında izah olunur. Mədəni hücum siyasi və ya iqtisadi qrupun öz maraqlarına görə xalqı istismar etmək üçün onun mədəni təməllərinə yönəltdiyi təsir kimi təqdim edilir. Belə hücumda xalqın milli mədəniyyəti və inamları dəyişdirilir, yeni inamlar isə zorla ölkəyə daxil edilir.
