
Mehdi Pişvayinin bu əsəri İmam Hüseynin (ə) həyatına və Aşura hadisəsinə həsr olunub. Kitabda Müaviyə dövründə qiyamın məna və zəruriliyi, İmam Hüseynin (ə) Müaviyə ilə mübarizəsi, Aşura inqilabının səbəbləri və mahiyyəti araşdırılır. Xanım Zeynəbin (s) İbn Ziyad sarayındakı duruşu və İmam Səccadın (ə) Şam məscidində söylədiyi xütbə də əsərdə yer alır. Sonda Aşura inqilabının nəticə və təsirlərindən bəhs edilir.
