
Kitab birinci imam həzrəti əmirəl-möminin Əli (ə)-a sadiq qalmış bir neçə peyğəmbər (s) səhabəsinin həyat tərzi ilə oxucunu tanış edir. Burada həmin şəxsiyyətlərin İslam yolunda xalis niyyəti, fədakarlığı, şücaəti, zahidliyi və məsuliyyət hissi ilə seçilən simaları təsvir olunur. Tarixi faktlar və hadisələr etibarlı mənbələrə istinad edilməklə, müasir yazı normalarına uyğun şəkildə təhlil olunmağa çalışılır. Əsər İslam tarixini və baş verən hadisələri izləyən oxucular üçün dolğun məlumat mənbəyi olmağı hədəfləyir.
