
Kitabda İslamdan əvvəl müxtəlif dövlətlərdə və Ərəbistanın özündə qadının mövqeyi izah edilir, İslamda qadına münasibət və bu münasibətin mahiyyəti açılır. Qadının hüquqlarından biri olan hicab məsələsi Quranın, Peyğəmbərin (s), imamların, Şərq və Qərb mütəfəkkirlərinin mövqeyindən araşdırılır; hicabın ictimai faydaları, ona olan müsbət və mənfi meylərin səbəbləri nəzərdən keçirilir. Qadının tarixdəki rolu İslam tarixi baxımından qısaca verilir, Həzrət Fatimə (ə) haqqında məlumat təqdim olunur və onun həyatından İslam qadınları üçün örnək olan bəzi məqamlar işıqlandırılır.
