
Bu kitabça Qədir-xum və digər İslami bayramlardan bəhs edir. Qədim dövrlərdən bəri dünya xalqlarının hər birinin, dini və mədəniyyəti nə olursa olsun, özünəməxsus bayramları olub və hər millət bayramlarını öz düşüncə və dünyagörüşünə uyğun formalaşdırıb. Müsəlmanlar da digər xalqlar kimi müxtəlif münasibətlərlə ilin bəzi günlərinə dəyər verib, bu böyük tarixi günləri hörmətlə qeyd ediblər.
