
Bu kitab şair Ağaməli Ədiloğlunun 30 ildən çox davam edən ədəbi yaradıcılığı dövründə müxtəlif illərdə qələmə aldığı şeirlərin toplusudur. Kitaba dini, ictimai-siyasi və fəlsəfi məzmunlu lirik və epik şeirlər daxildir. Şeirlərdə islam dininin yüksək fəzilətləri, azərbaycanlı mentalitetinin özəllikləri, şanlı tariximiz və Qarabağ ağrıları öz əksini tapıb. Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fəxrəddin Fərzəliyevdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
