
Şəhid Mürtəza Mütəhhəri bu əsərdə insana İslam dünyagörüşü və Quran baxımından yanaşır. Quran insanı sirli və əsrarəngiz bir varlıq kimi təqdim edir: bir yerdə onu tərifləyib təşviq edir, başqa yerdə məzəmmət edir. İnsan istedadı sayəsində təbiətə hakim ola bilər, pis əməlləri ilə isə çox aşağı səviyyəyə düşə bilər. Bu səbəbdən o, öz taleyini özü müəyyən etməlidir. Söhbət «insani dəyərlər» mövzusu ilə başlayır.
