
Müəllif Fəzlullah Kompani bu əsərdə Həzrət Əlinin (ə) imaməti mövzusunu araşdırır. Kitabda imamətlə bağlı ayə və hədislərin zikrindən əlavə, digər kitablarda az diqqət yetirilən iki əqli və üsuli dəlil də göstərilir. Şiə əqidəsinin sübutu üçün zəruri sayılan məsələlər ümumi etibarlı kitablardan götürülmüş, mənbələr isə kitabın haşiyələrində verilmişdir.
