
Seyid Məhəmməd Musəvi Şirazinin bu əsəri sürətlə yaza bilən Hindistanlı mətbuat müxbirlərinin hüzurunda bir neçə əhli-sünnət alimi ilə aparılmış bəhslərdən ibarətdir. Müzakirə olunan mövzular əvvəlcə mətbuat işçiləri tərəfindən qələmə alınaraq qəzet və jurnallarda dərc olunmuş, sonra bu məqalələr toplanıb kitab şəklinə salınmışdır. Kitab "Pişavər gecələri" əsərinin ikinci hissəsidir.
