Qarşınızdakı kitab varlıq aləminin bütün cəhətlərinə nəzər salmaq niyyətindədir. Onda ölümdən əsla əsər-əlamət yoxdur. Xoşagəlməz hadisəyə ölüm deyilirsə bu qısa müddətlik ayrılığa görədir. Əslində isə hər bir varlıq məqsədə aparan yolda irəliləyir. Hər bir şey hərəkət və dəyişmə halında olduğu üçün ölüm adlı bir şey yoxdur. Həyatda ölüm varsa da, bu, nisbi meyardır. Əgər o biri dünya "Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır"ı ilə ölçülürsə, bu, dünya həyatına tam biganəlik anlamında deyil, axirətin dünya həyatından üstün olmasına görədir. Yoxsa dünya həyatında da da hər xəzanın baharı var. Hər ölümün yaşamı var.
