
Mürtəza Mütəhhərinin bu əsəri əbədi həyata, yəni axirət dünyasına imandan bəhs edir. İslam dünyagörüşündə bu iman dinə olan etiqadın əsasını təşkil edir və müsəlmançılığın əsas şərtlərindən sayılır. Əsərdə vurğulanır ki, ilahi peyğəmbərlərin hamısı tövhidə dəvət etdikdən sonra insanlardan ilk növbədə axirətə iman gətirmələrini istəmişlər. Kəlam alimləri bu prinsipi «məad» termini ilə ifadə etmişlər.
