
Ustad Şəһid Mürtəza Mütəһһərinin bu əsəri ilahi ədalət mövzusuna həsr olunub. Müəllif girişdə müqəddəs İslam dininin həqiqətlərinin uzun müddət xalq arasında təhrif olunmuş formalarda təqdim edildiyini, bunun bəzi insanları dindən uzaqlaşdırdığını qeyd edir. O, İslamın müxtəlif sahələrdə ideoloji hücumlara məruz qalmasını və bu dinin əsl mahiyyətinin tanıdılması ehtiyacını vurğulayır. Əsərdə bu sahədə öz bacarığı çərçivəsində töhfə verməyə çalışdığını bildirir.
