
Kitab «Tövhidi-Müfəzzəl» əsərinin xülasəsidir və yaranışın sirlərinə həsr olunub. İmam Sadiqin (ə) dövründə İslamın həm ibadət, həm də elmi sahədə geniş inkişaf etdiyi qeyd edilir. İmam (ə) və tələbələri ilahi hikməti və tədbiri inkar edən filosoflara yaranışın elmi dəlilləri ilə cavab verirdilər. Kitab dörd fəsildən ibarətdir: birinci fəsildə insanın yaranışındakı hikmət və tədbirlərdən, ikinci fəsildə heyvanların yaranışından, üçüncü fəsildə göy cisimləri və bitkilərdən söhbət açılır. Dördüncü fəsil isə dünyada baş verən xoşagəlməz hadisələrin fəlsəfəsinə toxunur.
