
Kitabda İslam dininin ayrı-ayrı hökmləri və Quranın bəzi ayələri ilə bağlı irəli sürülən iradlar və şübhələr araşdırılır. Əsərdə əvvəlcə Quranın düzgün anlaşılması metodikasına yer verilir. Daha sonra Quranın sevgiyə dəvət edən məşhur ayələrindən birinin tərcüməsi və təfsiri ilə bağlı irad edilən məqamlara cavab verilir. Peyğəmbərlərin məsumluğu, ölənlərə Quran oxunması və “mütə nikahı” məsələləri də yığcam və əsaslı şəkildə izah olunur.
