
Bəhruz Camalın bu əsəri peyğəmbərlər və övliyalar barəsində ifrat (quluv) və həddi aşma məsələsinə həsr olunub. Müəllif tarix boyu belə meylin mövcud olduğunu xatırladır və nümunə kimi yəhudilərin Hz. Üzeyir (ə), məsihilərin isə Hz. İsa Məsih (ə) barəsində “Allahın oğlu” deməsini göstərir. Əsərdə eyni zamanda 12 imam şiələrinin imamları vəsf edərkən həddi aşmaqda ittiham olunması məsələsinə toxunulur.
