
Kitabda islam məzhəbləri arasındakı ixtilaflı məsələlər və onların əsasən kəlam mübahisələri ilə bağlı olması qeyd olunur. Bu ixtilafların çox vaxt müsəlmanların çoxuna məlum olmadığı vurğulanır. Eyni zamanda məzhəblər arasında müştərək cəhətlərin ixtilaflı məsələlərdən qat-qat çox olduğu və birliyin əsasını məhz bu müştərək məsələlərin təşkil etdiyi bildirilir. Üsül və füru məsələlərindəki ortaq nöqtələrin yada salınmasının əhəmiyyəti önə çıxarılır.
