
Bu kitab Həzrət Vəliyyi-Əsr Höccət ibnil-Həsənin (ə.f) şəxsiyyəti, qeybəti və zühuru barəsində yazılmış məqalələrdən ibarət məcmuədir. Müəllif Ayətullah Lütfullah Safi Qolpayqani bu məqalələri ayrı-ayrı vaxtlarda mötəbər şiə və sünnü məxəzlərinə əsasən qələmə almışdır. Sonra onları yenidən yoxlayıb oxuculara bir yerdə təqdim etmək üçün bu kitabda toplamışdır. Əsər Azərbaycan dilinə Mircəfər Əyyubzadə tərəfindən tərcümə edilib.
