
Şəhid Mürtəza Mütəhhəri bu əsərdə insanı digər canlılardan fərqləndirən cəhətlərdən bəhs edir. İnsan da başqa canlılar kimi özünü və ətraf aləmi dərk edir və istəklərinə çatmağa çalışır. Lakin idrakının genişliyi, məlumat dairəsinin əhatəliliyi və arzularının yüksək səviyyəsi onu kainatda üstün məqama çatdırır. Bu fərq iki sahədə, yəni baxışlarda və meyllərdə özünü göstərir və insanlıq meyarı ilə mədəniyyət və sivilizasiyanın mənşəyi ilə əlaqələndirilir.
