
Dr. Fəthullah Ziyadinin bu əsəri Şərqşünaslıq elminin yaranma qayəsini, hədəflərini və istifadə etdiyi vasitələri araşdırır. Kitab iki hissədən ibarətdir. Birinci hissədə Şərqşünaslığın meydana gəlməsinin əsas səbəbləri obyektiv elmi yanaşma ilə izah olunur. İkinci hissədə şərqşünasların ibn Xaldun haqqında apardığı çoxsaylı araşdırmalardan bəhs edilir. Əsər ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub və tərcüməçi Sahib Əsədovdur.
