
Kitab vilayəti-fəqih nəzəriyyəsinə həsr olunub. Bu nəzəriyyə imam Mehdinin (ə.c) qeyb dövründə İslamın siyasi idarə üsulunun ən prinsipial və mühüm əsası kimi təqdim edilir. Kitabda nəzəriyyənin XX əsrin sonlarında cəmiyyətin idarə olunmasında dinin rolunu və səlahiyyətini əməli şəkildə təsdiqlədiyi vurğulanır. İslam Respublikasının banisi həzrət imam Rahil (r) bu düşüncəyə əsaslanaraq İslam idarə üsulunu yaratmışdır. Dünyanın imperialist super güclərinin bu prosesə ciddi müxalif olduğu da qeyd edilir.
