
Bu kitab şiə məzhəbinə qarşı səsləndirilən iftira və ittihamlara cavab verməyə həsr olunub. Müəllif Hacı Mətləb Bağırov ixtilaf yaratmaq və ya hər hansı məzhəbi tənqid etmək niyyəti daşımadığını vurğulayır. Əsərdə şiə məzhəbinin Əhli-sünnə məzhəblərində də həqiqət kimi təsdiq olunduğu göstərilməyə çalışılır. Bunun üçün heç bir şiə mənbəyindən istifadə edilmir, yalnız Qurani-Kərimdən və Əhli-sünnə kitablarından gətirilən sitatlara əsaslanılır.
