
Kitab məad, yəni ölümdən sonrakı həyat mövzusuna həsr olunub. Müəllif Ayətullah Əl-Uzma Məkarim Şirazi mövzunu müasir dillə, bütün təbəqələrin anlaya biləcəyi tərzdə izah edir və bu barədə yaranan irad və suallara cavab verməyə çalışır. Əsərdə məad gününə etiqadın insanın özünü düzəltməsinə və islahı yolunda təsirli addım atmasına xidmət etməsi ümidi ifadə olunur.
