
Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai bu əsərdə şiəliyin əqidə prinsiplərini, onun əsaslı və həqiqi mahiyyətini, habelə yaranma səbəblərini izah edir. Kitab digər islami məzhəblərə dərin ehtiramla yanaşan, təəssübkeşlikdən uzaq bir üslubda yazılmışdır. Müəllifin əqidəsinə görə, İslamda yeganə düzgün yol Əhli-beyt (ə) məktəbidir. Ustadın digər əsərləri ilə müqayisədə nisbətən sadə dildə qələmə alınan bu kitab ingilis dilinə tərcümə edilmiş və bir müddət Amerika universitetlərində tədris olunmuşdur.
