
Ayətullah Misbah Yəzdinin bu əsəri əqidə üsullarının təliminə həsr olunmuş dərs xarakterli kitabdır. Mətləblər məntiqi ardıcıllıqla, sadə və aydın ifadələrlə, qısa şəkildə təqdim olunur, mövzuların izahında nisbətən az, lakin aydın və möhkəm dəlillərdən istifadə edilir. Kitab orta səviyyəli tələbələr üçün nəzərdə tutulub, ona görə fəlsəfə, təfsir və fiqh elmlərindən xüsusi hazırlıq tələb edən mürəkkəb sübutlardan çəkinilir. Məsələlərin daha dərin araşdırılması isə digər kitablara həvalə olunur.
