
«Vilayəti-Fəqih» kitabı İmam Xomeyninin (r) 1389-cu il zilqədə ayının 13-dən zilhəccə ayının ikisinədək Nəcəf şəhərində söylədiyi on üç nitqdən (məruzədən) ibarətdir. Bu məruzələr həmin illərdə müxtəlif şəkildə, bəzən tam, bəzən isə bir-iki qısa məcmuə kimi buraxılmışdır.
