
Kitab Seyid ƏbdülHüseyn Şərafuddin Amilinin ərəbcə qələmə aldığı əsərin tərcüməsidir. Müəllif ilk üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) Quranın hökmlərinə və Peyğəmbərin (s) aşkar buyruğu olan nəssə zidd hesab etdiyi addımlarının nümunələrini mötəbər sünni kitablarından seçib toplayır. Tarixi hadisələri həm sünni, həm də şiə mənbələrindəki sənədlərlə əsaslandırmağa çalışır. Əsərdə həmçinin həmin xəlifələrin dində əsasını qoyduğu iddia edilən bidətlərə və onların müsəlmanlar arasında “dini sünnət” kimi yayılmasına toxunulur.
