
Suleym ibn Qeys Hilalinin bu əsərində İslam, iman, onun şərtləri və dərəcələri, Allahın höccətləri, Allahın kitabının təfsiri, xilafət və imamət barədə müsəlmanların əqidələri, vilayət, on iki İmamın şəxsiyyətləri və elmin bəyanı kimi mövzulara toxunulur. Kitabda digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər, həmçinin cənnət və cəhənnəm kimi mühüm etiqadi mövzular da yer alır.
