
Bu kitab Əbdüllah Məhəmmədin «Hakəza rəytul-vəhhabiyyin» əsərinin Məsum Əlizadə tərəfindən edilmiş tərcüməsidir. Əsər müəllifin Allah Evinə səfəri zamanı topladığı xatirələrə əsaslanır və vəhhabiləri müəllifin gördüyü kimi təqdim edir. Ərəbcə mətn Beyrutda dəfələrlə çap olunmuş, fars dilindəki tərcüməsi isə İranda bir qəzetdə hissə-hissə dərc edilmişdir. Azərbaycan dilindəki bu nəşr cüzi dəyişikliklərlə geniş oxucu kütləsinin istifadəsinə verilir.
