
Doktor Əli Şəriəti bu əsərdə əvvəlcə həyatda tutduğu mövqedən, özünə ünvanlanan tənqidlərdən danışır və yaşadığı dövrü təhlil edir. Sonra gənclərin dili ilə əvvəlki nəslə, yəni öz valideynlərinə müraciət edən maraqlı bir üslub seçir. Gənc və köhnə nəsil arasındakı bu qarşıdurmada müasir dövrün real mənzərəsi, dinin zamana uyğunlaşmasındakı problemlər açıq şəkildə ortaya çıxır. Kitabın ikinci hissəsində müəllif öz həqiqi mövqeyinə keçərək dini xurafat sayan ziyalılara və gənclərə üz tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını izah edir və birinci hissədə gənclərin dilindən tənqid olunan İslami anlayışların əsl mahiyyətini və dəyərini göstərməyə çalışır.
