
Şəhid Әbdülhüseyn Dəstğeyb bu kitabda ölümdən sonrakı həyatı, yəni məad məsələsini ayə və hədislərə istinadla yığcam və sadə dillə izah edir. Əsərdə mö’təbər mənbələrə əsaslanaraq ölüm, qəbir aləmi, qiyamət, sirat (axirət körpüsü), mizan (əməl tərəzisi), behişt və cəhənnəm, eləcə də axirətdəki nemətlər və əzablar barədə söhbət açılır. Kitab oxucuya bu mövzularla bağlı çoxlu maraqlı və faydalı məlumat təqdim edir.
