
Ayətullah Misbah Yəzdinin bu kitabı İslam dünyagörüşünə həsr olunub və tövhid məsələsini İslamın ideoloji və dəyərləndirmə sistemi çərçivəsində nəzərdən keçirir. Varlıq mövzusunun araşdırılması tarix boyu filosofları məşğul edən məsələlərdəndir və bu sahədə irəli sürülmüş nəzəriyyələr olduqca rəngarəngdir. Kitab vəhy mənbəyinə əsaslanan İslam ideoloji sistemində varlığın və insanın necə araşdırıldığına, həmçinin insanın dünya və axirət səadətinə çatması üçün verilən göstərişlərə toxunur.
