
Ustad Mürtəza Mütəhhəri bu kitabda ilahi ədalət mövzusunu həm əqli, həm də nəqli cəhətdən araşdırır. Nəqli hissədə Qurani-Kərim ayələrinə, Peyğəmbərdən (s) və İmamlardan (ə) nəql edilmiş hədislərə istinad olunur. Əqli araşdırmada müəllif kəlam alimlərinin dəlil mənbələrini deyil, islam filosoflarının üslubunu əsas götürür. Filosofların ilahiyyat bəhslərində ədalət üçün ayrıca bölmə olmadığından, onların fikirləri digər mövzulardakı müddəalarından çıxarılır. Kitabı Ağabala Mehdiyev tərcümə edib.
