
Kitabda fəlsəfənin tərifi və bu terminin mənası açıqlanır, fəlsəfə elminin yaranma tarixi, Avropada yayılması və keçdiyi mərhələlər qısaca nəzərdən keçirilir. İslam dininin zühurundan sonra bu elmin müsəlmanlar arasında kök salması, zaman keçdikcə inkişaf edib geniş vüsət alması, eləcə də Məşşai, İşraq, Mütəaliyə kimi müxtəlif fəlsəfi cərəyanların yaranması və onların görüşləri qısa şəkildə təqdim olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
