
Rauf İmranoğlunun bu kitabı dərslik kimi nəzərdə tutulub və sağlam təfəkkürün qayda-qanunlarını öyrədir. Bu qaydalara riayət edilmədikdə fikirdə xətalar yaranır, kitab isə həmin xətaların qarşısını almağa xidmət edir. Əsasən formal təfəkkür qaydalarından bəhs olunur, bununla yanaşı zehnin xüsusiyyətləri, məntiqin bəzi sahələrdə praktikası, mübahisə, sübut və sofizm kimi mövzular araşdırılır. Kitab əqli-fəlsəfi məsələlərlə maraqlananlara, eləcə də geniş oxucu kütləsinə faydalı ola bilər.
