
Kitab “Tövhidi-Müfəzzəl” əsərinin xülasəsidir və dörd fəsildən ibarətdir. Birinci fəsildə insanın yaranışındakı hikmətlər və tədbirlər, ikinci fəsildə heyvanların yaranışı, üçüncü fəsildə göy cisimləri və bitkilər barədə söhbət gedir. Dördüncü fəsil isə dünyada baş verən xoşagəlməz hadisələrin fəlsəfəsindən bəhs edir.
