
Kitabın əsas məqsədi dini terminologiyada “üsuliddin” adlandırılan islami əqidə prinsiplərini izah etməkdir. Əsər başlanğıcda “din” anlayışını və onunla əlaqəli digər terminləri aydınlaşdırır, çünki təsəvvür xarakterli müqəddimələrin, yəni təriflərin əvvəlcədən verilməsi məntiq elminin tələbidir. Kitab islami inanc əsaslarının öyrənilməsi üçün giriş xarakteri daşıyır.
