
Nur təfsiri Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir əsəridir. Müəllif Möhsün Qəraəti izahı geniş oxucu kütləsinin anlayacağı sadə dildə qurmuş, yalnız xüsusi zümrənin başa düşə biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinmişdir. Təfsirdə şəxsi rəyə yer verilməyib, izah Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanır. Əsərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunub.
