
Mürtəza Mütəhhərinin bu kitabı müsəlmanların Qurani-kərimlə tanışlığını artırmağa yönəlib. Birinci hissədə Qurani-şərif müxtəlif baxımdan araşdırılır və bir sıra önəmli məsələlərə diqqət çəkilir. İkinci hissədə "Fatihə" surəsinin və "Bəqərə" surəsinin bir hissəsinin təfsiri verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
