
Möhsün Qəraəti “Nur təfsiri” əsərində Qurani-Kərim ayələrinin izahını sadə və hamının anlaya biləcəyi dillə təqdim edir. Təfsirdə yalnız xüsusi zümrənin başa düşə biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib. İzahlar şəxsi rəy üzərində deyil, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanır. Bir çox dərs və bildirişlərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunub.
