
Seyid Azər Əhmədoğlunun bu əsəri Qurani-Kərimin Nəbə surəsinin tərcüməsi və təfsirinə həsr olunub. Nəbə surəsi 40 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Quranın axırıncı surələrinin çoxu kimi, bu surə də məad və qiyamət, cənnətlə müjdələmək və ilahi əzabdan qorxutmaq kimi məsələlərə toxunur. Surə insanları qəflət yuxusundan oyadır və ibrətlərlə doludur.
