
Nur təfsiri Quran ayələrinin izahına həsr olunmuş təfsirdir. Burada yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilmişdir. Təfsirdə şəxsi rəyə əsaslanmaq əvəzinə Quran ayələrinə, habelə Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad edilir. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunmuşdur.
