
Bu kitab təcvid elminin əsas anlayışlarını təqdim edir. Təcvid sözü lüğətdə “gözəlləşdirmək, yaxşılaşdırmaq” mənasını verir. Elm kimi isə hərflərin sifət və ehkamına riayət etməklə onların öz məxrəcindən düzgün tələffüz edilməsini ifadə edir. Bu tərifə əsasən təcvid üç bölümdən ibarətdir: hərflərin məxrəci, sifəti və ehkamı ilə tanışlıq.
