
Bu kitab Quranın təhrif olunmadığı mövzusuna həsr olunub və bu məsələ ilə bağlı ən mühüm məqamları bir araya toplayır. Təhrif mövzusu Quran elmlərinin əsaslı məsələlərindən biridir. Əsərdə təhrif nəzəriyyəsini islam məzhəblərinə aid etməkdə ifrata varıldığı vurğulanır və Şiə məzhəbinin bu nəzəriyyəni qəbul etmədiyi, prinsipcə qəbul edə də bilməyəcəyi fikri əsaslandırılır. Mövzunun əhatəli araşdırılması isə bu istiqamətdə tədqiqat aparanların işidir.
