
Möhsün Qəraətinin „Nur təfsiri“ əsəri Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir kitabıdır. Təfsirdə yalnız dar ixtisas sahiblərinin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinilib, izahlar geniş oxucu kütləsi üçün anlaşıqlı dildə verilib. Şəxsi rəyə əsaslanmaq əvəzinə Quran ayələrinə, Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə istinad edilir, bəzi məqamlarda isə mötəbər şiə və sünni təfsirlərindən də yararlanılır.
