
Nur təfsiri Qurani-Kərim ayələrinin izahına həsr olunmuş təfsir əsəridir. Müəllif Möhsün Qəraəti izahlarda yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami və fəlsəfi terminlərdən çəkinməyə çalışmışdır. Təfsir şəxsi rəyə deyil, Quran ayələrinə və Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsaslanır. Bir sıra bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən də istifadə olunmuşdur.
